AZ

"Google" bir milyon polyaka süni intellekt ilə işləməyi öyrədəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin "Google" korporasiyası bir milyon polyakı süni intellekt ilə işləməyi öyrədəcək.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk "Google" şirkətinin baş direktoru Sundar Piçai ilə görüşdən sonra bildirib.
O deyib: "Google" təhsil layihəsinin reallaşdırılmasına başlayacaq və bir milyon polyaka müasir texnologiyalardan, o cümlədən süni intellektdən istifadə etməyi öyrədəcək".
Bu məqsədlər üçün Amerika korporasiyası beş il ərzində beş milyard dollar ayıracaq.
S.Piçai vurğulayıb ki, Polşanın İnkişaf Fondu və "Google" süni intellektin tətbiqi sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb. Onun sözlərinə görə, bu texnologiyadan geniş istifadə Polşa iqtisadiyyatının səkkiz faiz böyüməsinə imkan verəcək.
Seçilən
53
50
oxu.az

10Mənbələr