Çinin dəbdəbəli "LiXiang L7" və "L9" avtomobillərində aşkarlanan problemlərlə bağlı Rusiyada onlara tələbat 50% azalıb.
hakimiyyet.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, hər iki avtomobil modelində pnevmatik asqı, kondisioner və radiator barmaqlığı ilə bağlı problemlər aşkar edilib, buna görə də, avtomobilin qışda sürəti 40 km/saatla məhdudlaşır.
Məlumata görə, cari ilin ilk ayında salonda bu avtomobillərdən cəmi 955 ədəd satılıb. Bu, 2024-cü ilin dekabr ayı ilə müqayisədə təxminən iki dəfə azdır (2105 ədəd). Statistikaya görə, 2025-ci ilin yanvar ayı Rusiya bazarında çin avtomobillərinin satışı tarixində ən pis ay olub.
Ehtimal olunur ki, buna səbəb avtomobillərin tez-tez xarab olmasıdır.