AZ

Körpəni faydalı tərəvəzlər yeməyə öyrəşdirmək üçün maraqlı vasitə kəşf edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Böyük Britaniyanın Durhem Universitetinin alimləri müəyyən ediblər ki, körpələr ana bətnində olduqları zaman qarşılaşdıqları qidaları doğulduqdan sonra da bəyənirlər.
Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Appetite" jurnalında dərc olunub.
Araşdırmada hamiləliyin son mərhələlərində müntəzəm olaraq kələm və ya yerkökü qəbul edən anaların üç həftəlik körpələri iştirak edib. Qida üstünlüklərinin təhlili göstərib ki, yerkökü qəbul edən anaların körpələri də yerkökünün qoxusuna müsbət reaksiya veriblər, kələm qəbul edən anaların körpələri isə bu tərəvəzin qoxusuna oxşar reaksiya göstəriblər.
Bu kəşf o deməkdir ki, hamiləlik dövründə yaşıl tərəvəzlər kimi faydalı qidaların qəbulu uşaqların bu qidalara alışmasına kömək edə bilər.
Seçilən
79
27
oxu.az

10Mənbələr