AZ

"iPhone" sahiblərinə xəbərdarlıq: Təhlükəsizlik üçün "Wi-Fi" parametrlərini dəyişin

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Milli Təhlükəsizlik Agentliyi "iPhone" və "iPad" istifadəçilərini "Wi-Fi" parametrlərini dəyişdirməyə çağırıb. Bunun səbəbi həmin parametrlərdən fırıldaqçıların aktiv şəkildə istifadə etməsidir.
Oxu.Az xəbər verir ki, bu barədə "PhoneArena" məlumat yayıb.
Məlumata görə, hakerlər ictimai yerlərdə öz avadanlıqlarını elə qururlar ki, istifadəçilərin qadjetləri ümumi "Wi-Fi" əvəzinə avtomatik olaraq onların şəbəkəsinə qoşulsun. Bu, haker şəbəkəyə rəsmi adlara oxşar ad verilməklə həyata keçirilir.
Saxta "Wi-Fi" nöqtəsinə qoşulduqdan sonra istifadəçilər saytlarda parol daxil edib bank hesablarına daxil ola, lakin şəbəkənin saxta olduğunu anlamaya bilərlər. Bütün bu məlumatlar dərhal fırıldaqçıların əlinə keçir.
Belə bir tələdən qaçmaq üçün "iPhone" və "iPad" sahibləri "Parametrlər" -> "Wi-Fi" bölməsinə daxil olub "Avtomatik qoşulma" bölməsində "Sorğu" və ya "Heç vaxt" seçimlərindən birini seçməlidirlər. Bu yolla, smartfon aktiv mobil giriş nöqtələrinə avtomatik qoşulmayacaq.
Bu tədbirlər istifadəçi məlumatlarını mümkün kiberhücumlardan qoruyacaq və məxfi məlumatların fırıldaqçıların əlinə keçməsinin qarşısını alacaq.
Seçilən
121
50
oxu.az

10Mənbələr