AZ

Braziliya prezidenti: "Rusiyalıların öldürülməsi üçün silah satmaq fikrində deyiləm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Almaniya Kansleri Olaf Şolts Ukrayna Silahlı Qüvvələrinin təchizatı və Rusiya ilə münaqişənin davamı üçün Braziliyadan silah satın almağa çalışıb".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Braziliya Prezidenti İnasiu Lula da Silva deyib.
"Olaf Şolts bir dəfə Braziliyaya gələndə Ukraynaya ötürmək məqsədilə bizdən silah satın almağa cəhd göstərdi. Mən rusiyalıların və ya başqa birisinin öldürülməsi məqsədilə silah satmaq fikrində deyiləm" , - deyə o vurğulayıb.
Prezidentin sözlərinə görə, ölkəsi bundan sonra da neytral mövqe tutacaq, Kiyevin müttəfiqləri Ukraynaya tədarük etmək üçün Braziliya silahı əldə etməyəcəklər.
Seçilən
20
50
oxu.az

10Mənbələr