1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna üzrə sazişin bağlanması imkanına inandığını söyləyib.
Bu barədə Oxu.Az TASS-a istinadla xəbər verir.
O, öz təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbətləşərkən deyib: "Biz Rusiya ilə çox yaxşı işləyirik. Əlavə milyonlarla insanın potensial öldürülməsinin qarşısını almaqdan ötrü Rusiya ilə saziş bağlaya bilərik".
Ağ Ev rəhbəri hesab edir ki, Rusiyanın Ukraynada münaqişənin nizamlanması məsələsində "kozır"ları var:
"Fikrimcə, ruslar müharibənin qurtarmasını istəyirlər. Bəli, həqiqətən istəyirlər. Lakin düşünürəm ki, onların "kozır"ları var, çünki xeyli ərazini tutublar. Buna görə də onların "kozır"ları var".