AZ

Azərbaycan çempionatında mövsümün yeni rekordu

Misli Premyer Liqasında 2024/25 mövsümünün tamaşaçı rekordu qeydə alınıb.

İdman.biz xəbər verir ki, bu, “Neftçi” və “Qarabağ” arasında XXIII turda keçirilən Azərbaycan derbisinə təsadüf edib.

“Neftçi Arena”dakı görüşü 9355 seyrçi izləyib.

Bu, çempionatın arxada qalan hissəsi üçün yeni rekorddur. Bunadək ən yüksək göstərici də eyni rəqiblərin eyni arenadakı qarşılaşmasında qeydə alınmışdı. 2024-cü il dekabrın 1-də keçirilən görüşü 7069 tamaşaçı seyr edib. Həmin matçda 3:0 hesablı qələbə qazanan “Qarabağ” bu dəfə bir qolla qalib gəlib.

İdman.biz

Seçilən
48
6
idman.biz

10Mənbələr