AZ

Azərbaycan derbisində mövsümün rekordu - FOTOFAKT

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün tamaşaçı rekordu qeydə alınıb.


Bu, “Neftçi” və “Qarabağ” arasında 23-cü turda keçirilən Azərbaycan derbisinə təsadüf edib. “Neftçi Arena”dakı görüşü 9355 seyrçi izləyib.


Peşəkar Futbol Liqasının məlumatına görə, bu, çempionatın arxada qalan hissəsi üçün yeni rekorddur. Bunadək ən yüksək göstərici də eyni rəqiblərin eyni arenadakı qarşılaşmasında qeydə alınmışdı. 2024-cü il dekabrın 1-də keçirilən görüşü 7069 tamaşaçı seyr edib. Həmin matçda 3:0 hesablı qələbə qazanan “Qarabağ” bu dəfə bir qolla qalib gəlib.

//publika.az

Main

Seçilən
34
6
referans.az

10Mənbələr