Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1530 hərbçisini itirib.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 859 min 920 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 16 tank, 37 artilleriya sistemi və 52 zirehli döyüş maşınını məhv edib.
Daşqın HəsənovMissiya.Az