AZ

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1170 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 861 min 90 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 12 tank, 53 artilleriya sistemi və 22 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
11
19
missiya.az

10Mənbələr