Misli Premyer Liqasının XXIII turunda “Sumqayıt”ın qonağı olan “Zirə” 50-ci səfər qələbəsini qazanıb.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda rəqibini 3:0 hesabı ilə məğlub edib.
Bu, 2015-ci ildə Premyer Liqada debüt edən Bakı klubunun rəqib meydanlarındakı 145-ci oyunda 50-ci qələbəsi olub. Qəsəbə təmsilçisi ölkə çempionatları tarixinə səfərdə 50 və daha çox qələbə qazanan 10-cu komanda kimi düşüb.
“Zirə” eyni sayda səfərdə 3 xal qazanan “Şəmkir”lə eyni göstəriciyə malikdir.
Samir Abasov: “Sanki digər komandalar uduzmur”
Qurban Qurbanov: “Neftçi"yə uğurlar arzu edirəm”
Derbidə insident: Kadi başından zədələndi - Video
“Qarabağ”dan səfərdə minimalhesablı qələbə - YENİLƏNİB
Kurban Berdiyev: “Belə yanaşsaq, bundan əvvəlki oyunlarda da…”