AZ

"Zirə": 50-ci səfər qələbəsi

Misli premyer-liqasının 23-cü turunda “Sumqayıt”ın qonağı olan “Zirə” 50-ci səfər qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Bu, 2015-ci ildə premyer-liqada debüt edən Bakı klubunun rəqib meydanlarındakı 145-ci oyunda 50-ci qələbəsi olub. Qəsəbə təmsilçisi ölkə çempionatları tarixinə səfərdə 50 və daha çox qələbə qazanan 10-cu komanda kimi düşüb.

“Zirə” eyni sayda səfərdə 3 xal qazanan “Şəmkir”lə eyni göstəriciyə malikdi.

Seçilən
55
12
football-plus.az

10Mənbələr