AZ

Azərbaycanda sığorta şirkətləri müştərilərin sığorta tarixçəsini əldə edə biləcəklər

Azərbaycanda sığorta şirkətləri, onlardan sığorta məhsulları almaq istəyən şəxslərin yazılı razılığı əsasında, həmin şəxslərin sığorta hadisəsi tarixçələrini əldə edə biləcəklər.

Finss.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) baş informasiya meneceri Anar Səmədov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

"Könüllü və ya icbari sığorta müqaviləsi bağlamaq istəyən şəxsin yazılı razılığı əsasında sığortaçılar onun sığorta hadisəsi tarixçəsini sorğulaya biləcəklər. Bu isə risk qiymətləndirməsini daha dəqiq aparmağa imkan verəcək", – deyə o qeyd edib.

Bundan əlavə, Anar Səmədov bildirib ki, İSB-nin üzvü olmayan sığorta şirkətləri üçün Forma-4 sənədinin elektron təqdim edilməsi prosesi genişləndiriləcək:

"Hazırda bu proses qismən həyata keçirilir və sığortaçılar İSB-nin informasiya sistemi vasitəsilə bu məlumatları sorğulaya bilirlər. Növbəti mərhələdə İSB-yə üzv olmayan sığorta şirkətləri də bağladıqları könüllü sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələrinin Forma-4 sənədini elektron formada əldə edə biləcəklər. Bunun sayəsində sığorta hadisələrinin tənzimlənməsi prosesi həm sadələşəcək, həm də sürətlənəcək".

Fuad Mədətov
Finss.az

Seçilən
8
7
fins.az

8Mənbələr