AZ

Azərbaycan çimərlik voleybolu üzrə Avropa ölkələrinin reytinqində birinci sıradadır

Bakı, 17 fevral, AZƏRTAC

Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.

Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan həm qadınların, həm də kişilərin sıralamasında birinci yerdə qərarlaşıb (qadınlar - 75 xal, kişilər - 90 xal).

Ölkənin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa Kubokunda komandalarımızın uğurlu çıxışı sayəsində daha da artıb.

Qeyd edək ki, 2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “Azərreyl”in həm qadın, həm də kişi komandaları Avropa Kubokunun qalibi olublar.

Seçilən
16
19
azertag.az

10Mənbələr