AZ

Avropanın ən yaxşısı – Azərbaycan

Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan həm qadınların, həm də kişilərin sıralamasında 1-ci yerdə qərarlaşıb.

Ölkəmiz qadınların reytinqində 75, kişilərin siyahısında 90 xala malikdir. Bu xallar 2023 və 2024-cü illərdə komandalarımızın klublararası Avropa kubokunda uğurlu çıxışı sayəsində artıb.

2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “Azərreyl”in həm qadın, həm də kişi komandaları Avropa kubokunun qalibi olublar.

İdman.biz

Seçilən
58
19
idman.biz

10Mənbələr