Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə bu ilin yanvar ayında 152 ölkə arasında 90-cı yerdə qərarlaşıb.
Valyuta.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 90 % artıb. Dekabrla müqayisədə isə 1 pillə irəliləyib.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Kuba tutub.
Azərbaycan yanvarda mobil internetin sürətinə görə isə 70,65 MB/S sürətlə 104 ölkə arasında 54-cü olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri, sonuncu yeri isə Eritreya tutub.