Bu ilin yanvar ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (66,91 MB/S) görə 152 ölkə arasında 90-cı yerdə qərarlaşıb ki, bu da əvvəlki aya nisbətən 1 pillə irəliləyiş deməkdir.
"Report" “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (35,25 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 90 % artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (336,45 MB/S), axırıncı yeri isə Kuba (3,04 MB/S) tutub.
Azərbaycan yanvarda mobil internetin sürətinə görə isə dekabr ayına nisbətən 1 pillə irəliləyərək 70,65 MB/S sürətlə 104 ölkə arasında 54-cü olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (545,94 MB/S), sonuncu yeri isə Eritreya (1,88 MB/S) tutub.
Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə mövqeyində qalaraq 198 şəhər arasında 67,75 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.