AZ

Davit Volkov “Zirə”də 100-cü oyununa çıxdı

Azərbaycan Premyer Liqasının 23-cü turunun “Sumqayıt”la səfər oyunu (3:0) “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 29 yaşlı gürcüstanlı hücumçu Bakı klubunda 100-cü matçını keçirib.

O, bu görüşlərdə 34 qola imza atıb.

2020-2022-ci illərdə oynadığı “Zirə”yə ötən yay qayıdan Volkov Premyer Liqada 80 (28 qol), ölkə kubokunda 12 (2 qol), avrokuboklarda 8 (4 qol) matç keçirib. O, “qartallar”ın heyətində 2020-ci il fevralın 1-də “Sabah”la görüşdə (2:0) debüt edib.

Xatırladaq ki, 2024-cü ilin yayında “Sabah”la yollarını ayırmış Gürcüstan milli komandasının hücumçusu yenidən “Zirə”yə qayıdıb. O, köhnə-yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Volkov “Zirə” tarixinin ən çox qol vuran futbolçusudur. O, 100 oyunda 34 qol vurmaqla yanaşı 16 məhsuldar ötürmə müəllifi də olub.

Gürcü oyunçu daha öncə Azərbaycanda “Qəbələ”də (34 oyun, 10 qol, 1 məhsuldar ötürmə) də forma geyinib. O, ölkəsində “Saburtalo”, “Sioni”, “Çixura”, “Dinamo” (Tiflis), “Zemun” və “Qaqra”da oynayıb.

Volkov 2021-ci ildən formasını geyinməyə başladığı Gürcüstan yığmasında 5 oyun keçirib. O, bu görüşlərdə 2 qola imza atıb.

Seçilən
104
13
arena.az

10Mənbələr