AZ

“Sumqayıt”la oyun “Zirə”nin futbolçusu üçün əlamətdar olub

Misli Premyer Liqasının XXIII turunun “Sumqayıt”la oyunu (3:0) “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.

29 yaşlı gürcüstanlı hücumçu Bakı klubunda 100-cü matçını keçirib.

O, bu görüşlərdə 34 qola imza atıb.

2020-22-ci illərdə oynadığı “Zirə”yə ötən yay qayıdan Davit Volkov Premyer Liqada 80 (28 qol), Azərbaycan Kubokunda 12 (2 qol), avrokuboklarda 8 (4 qol) matç keçirib. O, “qartallar”ın heyətində 2020-ci il fevralın 1-də, “Sabah”la görüşdə (2:0) debüt edib.

Seçilən
70
13
cbcsport.az

10Mənbələr