AZ

Azərbaycan gender bərabərliyi istiqamətində mühüm uğurlar qazanıb - Sevil Mikayılova BMT platformasında

Bakı. Trend:

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığıilə Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil MikayılovaNyu-Yorkda keçirilən “Qadın və kişi deputatların nəsillərarasıdialoqu” çərçivəsində “Qadınların siyasətdə iştirakınındəstəklənməsi” mövzusunda çıxış edib.

Trend xəbərverir ki, dialoq Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və"UN Women" təşkilatı tərəfindən Demokratiya və Seçkilərə Yardımüzrə Beynəlxalq İnstitut (International IDEA), BeynəlxalqParlamentlərarası İttifaq və “Birləşmiş Şəhərlər və YerliHakimiyyətlər” (UCLG) təşkilatı ilə birgə həyata keçirilən QadınLiderlərin Qlobal Təşəbbüsü (WYDE) çərçivəsində təşkil olunub.

S.Mikayılova çıxışında qeyd edib ki, qadınların ictimai həyatınhər bir sahəsində fəal iştirakını dəstəkləyən və təşviq edən fəalvətəndaş cəmiyyətinin inkişafına ehtiyac var.

"Biz qadınları lider, qərar qəbul edən və gələcəyinformalaşdırılmasında fəal iştirakçı olmağa təşviq edən sosiallayihələri və təşəbbüsləri irəli sürməyə davam etməliyik. Lakinqadınların, xüsusən də siyasətdəki rollarına ictimai münasibətidəyişmədən buna nail olmaq mümkün deyil. Parlamentlərin bu prosesdərolu böyükdür, çünki onlar ictimai diplomatiyanın təşviqi, gendervə inklüziv məsələlərə yönəlmiş siyasətin formalaşdırılmasınınmərkəzinə çevrilməlidirlər. Qadınların hər sahədə səsini,təmsilçiliyini və səlahiyyətlərini təmin etməklə onların üzləşdiyisosial problemlərin həlli yollarını tapmaq zəruridir", - obildirib.

S.Mikayılova Azərbaycanda daha geniş, daha bərabər inkişafaşərait yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədədə məlumat verib. Millət vəkili xüsusilə Azərbaycanın Birincivitse-prezidenti Mehriban Əliyevanın uğurlu fəaliyyətininnümunəsini iştirakçıların diqqətinə çatdırıb.

"Azərbaycan qadınların rolunun genişləndirilməsində mühümirəliləyişlər əldə edib. Birinci vitse-prezident Mehriban Əliyevamüasir Azərbaycan qadınının təcəssümüdür. O, ölkəmizin müasirtarixində güclü, parlaq şəxsiyyətdir", - deyə qeyd edənS.Mikayılova əlavə edib ki, Birinci vitse-prezidentin təşəbbüsü iləAzərbaycanda vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasınayönəlmiş onlarla proqram həyata keçirilir.

Bundan əlavə, S.Mikayılova öz çıxışında Azərbaycanın genderbərabərliyi sahəsində mühüm nailiyyətlər əldə etdiyinivurğulayaraq, Azərbaycan parlamentində qadın deputatların geniştəmsil olunduğunu, spiker vəzifəsində çalışanın da qadın olduğunuqeyd edib.

Bütün dünyada ictimai həyatda fəal iştirak etməyə çalışanqadınların qarşısında duran vəzifələrdən danışan S.Mikayılova qeydedib ki, ictimai fəaliyyətlə məşğul olan qadınlar, təəssüf ki,zorakılığın konkret formalarına və ya sui-istifadəyə məruzqalırlar.

"Bu cür hüquq pozuntularının qarşısını almaq üçün sosial mediaplatformalarını tənzimləyən universal qanun və ya qanunvericiliyinhazırlanmasına ehtiyac var. Sürətlə inkişaf edən süni intellektdövrünü nəzərə alaraq, bu problem daha təhlükəli formalar alır vəbizi ciddi şəkildə düşünməyə vadar edir. Bu baxımdan, milliparlamentlər təşəbbüslər irəli sürə, həmrəylik nümayiş etdirə vəbeynəlxalq konvensiya hazırlaya bilərlər ki, biz, IPU olaraq, bunudəstəkləyəcəyik", - deyə S.Mikayılova əlavə edib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri SahibəQafarovanın tapşırığı ilə Sevil Mikayılova və Milli Məclisindeputatı Soltan Məmmədov Parlament Spikerlərinin 6-cı DünyaKonfransının, Qadın Parlament Spikerlərinin 15-ci Sammitinintəşkilat komitələrinin iclaslarında və BMT-də parlamentdinləmələrində iştirak etmək üçün Nyu-Yorkda səfərdə olublar.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlərdaxil olmaqla 300-ə yaxın iştirakçının qatıldığı dinləmədəDayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağınyolları ətraflı nəzərdən keçirilib, bu sahədə parlamentlərin rolubarədə fikir mübadiləsi aparılıb.

Deputatların Nyu-York səfəri fevralın 16-da başa çatıb.

Məqalədə:
Seçilən
53
50
az.trend.az

10Mənbələr