AZ

Tehranda Xəzər İqtisadi Forumu keçirilir

Bakı. Trend:

Bu gün Tehranda Xəzəryanı ölkələrin İqtisadi Forumu öz işinəbaşlayıb.

Bu barədə Trendİranın 1-ci vitse-prezidentinin informasiya portalına istinadənməlumat verib.

İqtisadi Forum 7 panel çərçivəsində Xəzəryanı ölkələrdənnazirlər, nazir müavinləri və digər sahələr üzrə rəsmilər və özəlsektorların iş adamlarının iştirakı ilə keçirilir.

Forumun iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən, ticarət,sənaye, kənd təsərrüfatı, gömrük, bank, investisiya, tranzit vəyükdaşıma, texniki və mühəndislik xidmətləri, ətraf mühitinqorunması, turizm, neft, qaz, elektrik və bərpa oluna bilənenerjilər sahələrində əməkdaşlığın inkişaf etdirilməsi vəperspektivləri araşdırılır.

Təşkil olunan panellərin nəticələri sabah (18 fevral) başnazirlərin iştirakı ilə keçiriləcək İqtisadi Foruma təqdimolunacaq. Bununla əlaqədar fikir mübadiləsi aparıldıqdan sonrayekun bəyanatın imzalanması ilə əməkdaşlığın maksimum şəkildəinkişaf etdirilməsi haqda razılaşma əldə olunacaq.

Qeyd edək ki, Xəzəryanı ölkələrin İqtisadi Forumu 17-18 fevraldaİran paytaxtı Tehranda keçirilir.

Seçilən
56
2
az.trend.az

3Mənbələr