AZ

Həcc ziyarəti üçün müraciət edənlərin sayı məlum olub - QMİ

Bakı. Trend:

Həcc ziyarəti üçün müraciət edən 500 nəfərdən çox şəxsin sənədiqəbul edilib.

Bunu Trend-əaçıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektronsisteminin rəhbəri Vüsal Cahangiri deyib.

O qeyd edib ki, ötən il kvota 1500 nəfər idi.

"Bu il isə kvotanın sayı dəqiq təyin edilməyib. Keçən ilənəzərən bu il kvota az nəzərdə tutulub", - deyə o qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi2025-ci il Həcc mövsümü zamanı zəvvarlara özləri ilə uşaqları dagətirməyi qadağan edib.

Qərar hər il zəvvarların sayının çoxluğundan yaranan böyüksıxlığı nəzərə alaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsiməqsədilə qəbul olunub.

Bundan başqa, nazirlik Həcc mövsümünün daha rahat təşkiledilməsi üçün zəvvarların təhlükəsizliyinin təmin olunmasıistiqamətində bir neçə yeni qərar verib.

Təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirməninartırılması, zəvvarların hərəkətlərinin tənzimlənməsi və rəhbərlərüçün intellektual sistemin tətbiq edilməsi, komfortun artırılmasıvə dini ayinlərin icrasının asanlaşdırılması üçün çadırdüşərgələrinin və yolların modernləşdirilməsi yeni qərarlararasındadır.

Nazirlik, həmçinin, əlavə edib ki, bu mövsümdə iştirak üçün əsasüstünlük daha əvvəl Həcc ziyarətində iştirak etməyənlərəveriləcək.

2025-ci il Həcc mövsümünə qeydiyyat artıq Səudiyyə Ərəbistanıvətəndaşları və rezidentləri üçün rəsmən açıq elan olunub.Zəvvarlar “Nusuk” tətbiqi və rəsmi onlayn portal vasitəsiləqeydiyyatdan keçə biləcəklər.

Məqalədə:
Seçilən
26
15
az.trend.az

10Mənbələr