Bakı. Trend:
Hələlik Həcc ziyarətinə uşaq aparmağın qadağan edilməsi iləbağlı bizə rəsmi bildiriş gəlməyib.
Bunu Trend-əaçıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektronsisteminin rəhbəri Vüsal Cahangiri deyib.
"Biz körpə uşaqları aparmırıq. Ötən il də belə etdik. 12 yaşdanyuxarı uşaqların getməsinə icazə veririk. Bizə bununla bağlımüraciət edənlər yoxdur, sadəcə soruşurlar. Biz də tövsiyə edirikki, uşaq orada əziyyət çəkəcək", - deyə o qeyd edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi2025-ci il Həcc mövsümü zamanı zəvvarlara özləri ilə uşaqları dagətirməyi qadağan edib.
Qərar hər il zəvvarların sayının çoxluğundan yaranan böyüksıxlığı nəzərə alaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsiməqsədilə qəbul olunub.
Bundan başqa, nazirlik Həcc mövsümünün daha rahat təşkiledilməsi üçün zəvvarların təhlükəsizliyinin təmin olunmasıistiqamətində bir neçə yeni qərar verib.
Təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirməninartırılması, zəvvarların hərəkətlərinin tənzimlənməsi və rəhbərlərüçün intellektual sistemin tətbiq edilməsi, komfortun artırılmasıvə dini ayinlərin icrasının asanlaşdırılması üçün çadırdüşərgələrinin və yolların modernləşdirilməsi yeni qərarlararasındadır.
Nazirlik, həmçinin əlavə edib ki, bu mövsümdə iştirak üçün əsasüstünlük daha əvvəl Həcc ziyarətində iştirak etməyənlərəveriləcək.
2025-ci il Həcc mövsümünə qeydiyyat artıq Səudiyyə Ərəbistanıvətəndaşları və rezidentləri üçün rəsmən açıq elan olunub.Zəvvarlar “Nusuk” tətbiqi və rəsmi onlayn portal vasitəsiləqeydiyyatdan keçə biləcəklər.