AZ

Şəkidə ananın doğuşdan sonraniyə ölüb? – TƏBİB-in cavabı

Şəki rayonunun Zunud kənd sakini Nigar Qarayeva fevralın 14-də qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib,  bir gün sonra Şəki Perinatal Mərkəzdə ölüb.

Heftelik.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, fevralın 14-də 1998-ci il təvəllüdlü qadın Şəki Perinatal Mərkəzə müraciət edib.

Ona “38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq” diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.

Bildirilib ki, bir gün sonra günorta saatlarında qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə təxirəsalınmaz reanimasiyon tədbirlər göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də qadının ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Şəki rayonunun Zunud kənd sakini Nigar Qarayeva fevralın 14-də qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan bir gün sonra N. Qarayeva Perinatal Mərkəzdə həyatını itirib. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
71
19
heftelik.az

10Mənbələr