AZ

Qeysəriyyə ilə uşaq dünyaya gətirdi, 1 gün sonra öldü - Yenilənib

Şəkidə qadın doğuşdan sonra ölüb.

“Qafqazinfo” xəbər verir ki, Zunud kənd sakini 1998-ci il təvəllüdlü Nigar Kərəm qızı Qarayeva fevralın 14-də Şəki Regional Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

Səhhəti pisləşən qadın fevralın 15-də xəstəxanada vəfat edib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, fevralın 14-də 1998-ci il təvəllüdlü hamilə qadın Şəki Perinatal Mərkəzə müraciət edib.

Ona "38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq" diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.  

Bir gün sonra - fevralın 15-də günorta saatlarında zahı qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən zahı pasiyentə təxirəsalınmaz reanimasiyon tədbirlər göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də şəxsin ölüm faktı qeydə alınıb. 

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Seçilən
70
19
qafqazinfo.az

10Mənbələr