AZ

AMB sədri Azərbaycan üçün cari geosiyasi vəziyyətin əsas nəticələrini açıqlayıb

Azərbaycan üçün cari geosiyasi vəziyyətin əsas nəticələri inflyasiya, beynəlxalq hesablaşmaların transformasiyası, rəqəmsal aktivlər və milli valyutalardan istifadənin artması, həmçinin beynəlxalq tənzimləyici tələblərə uyğunluğun vacibliyidir.

Demokratikmusavat.comxəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Ər-Riyadda keçirilən "İqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün Əl-Ula" adlı konfransda bildirib.

T.Kazımovun sözlərinə görə, qlobal inflyasiya və onun Azərbaycan iqtisadiyyatına təsiri ən önəmli amillərdən biridir.

"2022-ci ilin oktyabrında ölkədə inflyasiya 15,6 %-lə pik həddə çatıb, lakin 2024-cü ilin sonuna 4,9 %-ə qədər azalıb. Davam edən qeyri-müəyyənliyə baxmayaraq, bu il inflyasiyanın 5,5 %, gələn il isə 3,8 % səviyyəsində olacağını proqnozlaşdırırıq. Ümumilikdə, inflyasiya Mərkəzi Bankın hədəf diapazonundadır (4 % ± 2 %)", - AMB sədri qeyd edib.

O, inflyasiya təzyiqinin əsas səbəbi kimi qeyri-neft sektorunda ÜDM-in 21,8 %-ni təşkil edən ticarət kəsiri ilə şərtlənən idxal inflyasiyasını göstərib. "Son üç ildə ticarət tərəfdaşlarımızda orta illik inflyasiya 11-15,8 % arasında dəyişib. Manatın sabit məzənnə rejimi və onun nominal effektiv məzənnəsinin ildə 13 % möhkəmlənməsi sayəsində inflyasiya təzyiqini məhdudlaşdıra bilmişik", - T.Kazımov vurğulayıb.

O, ikinci mühüm amil kimi qonşu ölkələrə qarşı məhdudiyyətlər də daxil olmaqla, sanksiyaların tətbiqi ilə bağlı beynəlxalq hesablaşmalar sisteminin transformasiyasını qeyd edib. "Əvvəllər ABŞ dolları xarici ticarətimizdə dominant mövqe tuturdu və hesablaşmaların təxminən 90 %-ni təmin edirdi. Lakin indi biz beynəlxalq ödənişlərdə milli valyutalardan istifadənin artmasını, həmçinin rəqəmsal aktivlərə, o cümlədən kriptovalyutalara marağın güclənməsini müşahidə edirik", - AMB sədri bildirib.

Bu dəyişikliklərə cavab olaraq Azərbaycan rəqəmsal aktivlərin tənzimlənməsi üçün normativ-hüquqi bazanın işlənib hazırlanmasını sürətləndirib ki, bu da şəffaflığın artırılmasına və risklərin azaldılmasına töhfə verəcək.

T.Kazımov həmçinin vurğulayıb ki, Azərbaycan maliyyə sektorunun tənzimlənməsi, xüsusilə çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) və komplayns sahələrində əhəmiyyətli irəliləyiş əldə edib. "Biz maliyyə bazarının stimullaşdırılması və beynəlxalq tələblərə riayət edilməsi arasında balansı qorumağa çalışırıq. Bu islahatlar nəticəsində Azərbaycan banklarının, xüsusilə ABŞ-dəki müxbir şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib", - o qeyd edib.

Beləliklə, geosiyasi gərginlik Azərbaycanın iqtisadi siyasətində dəyişiklikləri sürətləndirir, beynəlxalq hesablaşmalarda, maliyyə axınlarının tənzimlənməsində və inflyasiya riskləri ilə mübarizədə yeni reallığa uyğunlaşma tələb edir.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
37
16
Demokratikmusavat.com

10Mənbələr