1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Haber Global" televiziya kanalında ABŞ-nin dövlət katibi Marko Rubionun İsrailə səfərinə həsr edilən süjet yayımlanıb.
Oxu.Az xəbər verir ki, səfərin əsas mövzu Qəzzada atəşkəslə bağlı müzakirələr yer alıb.
İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra mətbuata açıqlama verən Marko Rubio bildirib ki, nə qədər HƏMAS Qəzzanı idarə edən və digərlərini təhdid edən güc olaraq qalır, sülh əldə etmək imkansız olacaq.
Marko Rubionuun ardınca çıxış edən Benyamin Netanyahu isə İsrail tərəfinin mövqeyini səsləndirib. O qeyd edib ki, Qəzza artıq heç vaxt İsrail üçün təhdid təşkil etməməlidir və sülh danışıqlarında bu Təl-Əvivin qəti şərtidir.