AZ

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, fevralın 17-23-də paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

🔹 Alpinizm üzrə Rasim Cəfərovun xatirəsinə həsr olunmuş "Azərbaycan dağçısı" modulu, Alpinizm məktəbi – 22 yanvar-31 mart (Bakı);
🔹 Elektron idman növləri üzrə Universitet Liqası – 1-28 fevral (Bakı);
🔹 100 xanalı dama üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı – 15-23 fevral (Bakı);
🔹 2008-ci il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında həndbol üzrə Bakı şəhər birinciliyi - 17-21 fevral, saat 10:00 (Azərbaycan Həndbol Federasiyası);
🔹 Xətai rayon məktəbliləri (qızlar) arasında həndbol üzrə turnir - 18 fevral, saat 10:00 (64 nömrəli tam orta məktəb);
🔹 Stolüstü tennis üzrə ölkə çempionatı – 19-22 fevral (Bakı);
🔹 Nərimanov rayon məktəbliləri arasında atletika üzrə rayon turniri - 20 fevral, saat 10:00 (193 nömrəli tam orta məktəb);
🔹 Qaradağ rayon məktəblərinin qızlardan ibarət komandaları arasında voleybol üzrə rayon turniri - 20-23 fevral, saat 9:00 (Qaradağ rayonu, 106 nömrəli tam orta məktəb);
🔹 Stolüstü tennis üzrə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş 2010-2012-ci il təvəllüdlü orta ümumtəhsil məktəblərinin komandaları arasında Sabunçu rayon turniri - 21 fevral, saat 10:00 (Sabunçu Gənclər Evi);
🔹 Atletika üzrə əməkdar məşqçi A.Antipovun xatirəsinə həsr olunmuş Bakı beynəlxalq turniri – 21-22 fevral (Bakı);
🔹 Atçılığın konkur növü üzrə – 21-22 fevral (Bakı);
🔹 Batut gimnastikası üzrə Dünya Kuboku – 22-23 fevral (Bakı);
🔹 MMA üzrə ZFC-nın 1-ci açıq birinciliyi – 21-23 fevral (Bakı İdman Sarayı);
🔹 Sambo üzrə 2013-2014-cü il təvəllüdlü kiçik yaşlı uşaqlar arasında Bakı şəhər birinciliyi – 21-23 fevral (Bakı);
🔹 Badminton üzrə U-11 ölkə birinciliyi – 21-24 fevral (Bakı);
🔹 Bədən Tərbiyəsi və İdman Günü münasibətilə uşu-sanda üzrə Xəzər rayon turniri - 22 fevral, saat 9:00 (Şağan Olimpiya İdman Kompleksi);
🔹 Xocalı soyqırımına həsr olunmuş savat üzrə açıq turnir – 22-23 fevral (Bakı);
🔹 Basketbol üzrə “FIBA 2027” dünya çempionatının ilkin seçmə mərhələsi – 23 fevral (Bakı);
🔹 Kung-fu üzrə kadetlər, yeniyetmələr və gənclər arasında Bakı şəhər birinciliyi və çempionatı - 23 fevral, saat 9:00 (Şağan Olimpiya İdman Kompleksi).

İdman.biz

Seçilən
3
4
idman.biz

10Mənbələr