Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, fevralın 17-23-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş boks üzrə 2011-2012-ci il təvəllüdlü oğlan və qızlar arasında region birinciliyi – 19-23 fevral, saat 15:00 (“Təhsil” RİMSŞ 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi Şəxsi).
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş atletika üzrə ümumtəhsil müəssisələri arasında Abşeron rayon birinciliyi (oğlanlar 100 metr, qızlar 60 metr məsafələrə qaçış) – 20 fevral, saat 10:00 (Abşeron Olimpiya İdman Kompleksi).
🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Xocalı soyqırımına həsr olunmuş 12 və 16 yaşadək şahmatçılar arasında Ağsu rayon birinciliyi – 17-18 fevral, saat 14:30 (Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- İdman ustası, UGİM-in məşqçi-müəllimi Valeh Etibarovun rəhbərliyi altında sərbəst güləş üzrə ustad dərsi - 21 fevral, saat 15:00 (Qobustan Uşaq-Gənclər İdman məktəbi);
- Xocalı soyqırımına həsr olunmuş uşaq və yeniyetmələr arasında kikboksinq üzrə İsmayıllı rayon turniri – 22-23 fevral, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi).
🔹 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Velosiped üzrə Goranboy rayon turniri - 18 fevral, saat 14:30 (Goranboy şəhəri, V.Bayramov küçəsi);
- Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar yeniyetmələr arasında dama üzrə Daşkəsən rayon birinciliyi - 19-20 fevral, saat 14:30 (Daşkəsən şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta məktəb).
🔹 Qarabağ Regional Gənclər və İdman İdarəsi
- “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş boks üzrə yeniyetmə və gənclər arasında Tərtər rayon birinciliyi - 20-21 fevral, saat 10:00 (Tərtər Olimpiya İdman Kompleksi);
- Voleybol üzrə gənclər və yeniyetmələr arasında rayon turniri – 20 fevral, saat 14:00 (Füzuli şəhəri);
- Atletika üzrə məktəblilər arasında rayon turniri (7-9-cu sinif oğlan və qızlar) – 20 fevral, saat 15:00 (Ağcabədi rayonu Olimpiya İdman Kompleksi);
- Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə şəxsi birincilik - 21 fevral, saat 14:00 (Xocalı şəhəri, 1 nömrəli tam orta məktəb);
- 2008-2010, 2011-2013 və 2014-2016-cı il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə rayon birinciliyi - 21-22 fevral, saat 14:00 (Bərdə rayonu Ziya İdman Klubu).
🔹 Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Ağırlıqqaldırma üzrə 2008-2009-cu il təvəllüdlü yeniyetmələr arasında Qazax rayon UGİM-in birinciliyi - 17-18 fevral, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi);
- 2012-2013, 2014-2015-ci il təvəllüdlü yeniyetmələr arasında stolüstü tennis üzrə Ağstafa rayon turniri - 20 fevral, saat 10:00 (Ağstafa rayonu Ə.Həmidoğlu adına Aşağı Göycəli kənd tam orta məktəbi);
- Stolüstü tennis üzrə 2008-2010, 2011-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında rayon birinciliyi - 21-22 fevral, saat 10:00 (Gədəbəy rayon Respublika İdman Kompleksi).
🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində atletika üzrə kütləvi idman tədbiri – 19 fevral, saat 15:00 (Siyəzən şəhər stadionu);
- Orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş voleybol üzrə rayon birinciliyi - 20-21 fevral, saat 10:00 (Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəb);
- Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş 8, 10, 12 və 14 yaşlı yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə Şabran rayon birinciliyi - 20-25 fevral, saat 15:00 (Şabran rayon Ağsaqqallar Evi);
- Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş məktəblilər arasında voleybol üzrə Quba rayon birinciliyi - 21 fevral, saat 11:00 (Quba şəhəri, Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey);
- Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş 2011-2012 və 2013-cü il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə Siyəzən rayon birinciliyi – 22 fevral, saat 10:00 (Siyəzən şəhər stadionu);
- "İdman hamı üçün "layihəsi çərçivəsində karate üzrə kütləvi idman tədbiri - 22 fevral, saat 15:00 (Qusar Olimpiya İdman Kompleksi).
🔹 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Xocalı soyqrımının 33-cü ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında voleybol üzrə Astara rayon turniri - 19-20 fevral, saat 10:00 (Astara şəhər Ziya Bünyadov adına 2 nömrəli tam orta məktəb);
- Ümumtəhsil məktəblərinin IX-XI siniflərində oxuyan qızlardan ibarət komandaları arasında 3x3 basketbol turniri - 20-21 fevral, saat 10:00 (Lerik şəhər inteqrasiya təlimli, internat tipli gimnaziyanın idman zalı);
- Uşaqlar arasında cüdo üzrə Masallı rayon UGİM turniri - 20-21 fevral, saat 15:00 (Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəb);
- Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş taekvondo üzrə Cəlilabad UGİM turniri - 21-22 fevral, saat 10:00 (Cəlilabad Olimpiya İdman Kompleksi).
🔹 Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmələr arasında cüdo üzrə rayon turniri - 20 fevral, saat 14:00 (Sabirabad Cüdo Təlim Mərkəzi).
🔹 Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Bələdiyyə və təşkilatlar arasında minifutbol üzrə rayon turniri - 17 fevral, saat 17:00 (Balakən Olimpiya İdman Kompleksi);
- Yeniyetmə və gənclər arasında dama üzrə rayon birinciliyi - 21-22 fevral, saat 15:00 (Oğuz rayon Mədəniyyət Mərkəzi).
🔹 Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
- Şahmat üzrə Qubadlı rayon turniri - 18-20 fevral, saat 10:00 (Qubadlı rayonu, Sumqayıt şəhəri, Qubadlı rayon Çaytumas kənd tam orta məktəbi);
- Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş voleybol üzrə Kəlbəcər rayon birinciliyi - 20-21 fevral, saat 10:00 (Gəncə şəhəri, Kəlbəcər rayon 11 nömrəli tam orta məktəb).
🔹 Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında kəndirlə mübarizə milli idman növü üzrə şəhər turniri – 19-20 fevral, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş məktəbli oğlan və qızlar arasında rayon turniri (10 m məsafədən pnevmatik tüfəngdən atəş) - 20-21 fevral, saat 10:00 (Biləsuvar Peşə Liseyi);
- Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş 2008, 2009, 2010, 2011, 2012, 2013-cü il təvəllüdlü yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə rayon birinciliyi - 21 fevral, saat 15:00 (Salyan rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi).
İdman.biz