AZ

Politoloq: "Qərb də çalışacaq ki, öz maraqlarına uyğun nəticələrə nail ola bilsin"

Ötən günlərdə Putin və Tramp arasında telefon danışığı  baş tutub. Bu telefon danışığı dünya üçün hansı mesajdır?

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, Tramp və Putin arasında telefon danışığının baş tutması bir sıra məsələlərdən xəbər verir:

“Ukrayna ərazisində gedən hərbi əməliyyatlar nəticəsində Rusiyanın tutduğu ərazilərdən geri çəkilməməsi, Ukrayna ərazisində bir sıra şərtlərin irəli sürülməsi Rusiya tərəfindən nəzərə çatdırılmışdır. Ukraynanın NATO üzvülüyünə daxil olmaması kimi Kremlin əvvəldən də tələbləri var idi. Eyni zamanda Rusiya tərəfi də burada sülhə maraqlı olduğunu göstərir. ABŞ-ın prezidenti isə Ukrayna dövlətinə verilən pulların aqibətini, onun xərclənmə yönünü və qaytarılmasını tələb edir. Bu da çox ciddi bir proseslərə yol açır”.

Politoloq əlavə edib ki,  Ukraynada prezident seçkilərinin keçirilməsi fikri də irəli sürülür:

“Belə görünür ki, Zelenskini dəyişmək, onun hakimiyyətdən getməsinə nail olmaq hədəfləri də vardır. Çünki hazırda Zelenski Rusiyayla danışıqlar aparmaq istəmir.  Ukrayna liderinin fikri dinlənilmədən Ukrayna üzərində Rusiya və ABŞ lideri danışıqlar aparır. Bu proseslər ona aparır ki, Ukraynanın sanki bu itirilmiş topraqlarla barışdırmaq niyyəti vardır. Belə olan halda Zelenski hakimiyyətdən gedəcək. Əlbəttə burada daha loyal və mövcud reallıqları qəbul edən bir lider arzu onlandır. Bir sözlə, hadisələri izləmək lazımdır. Burada hələ danışıqlar ilkin mərhələdədir. Şübhəsiz ki, Qərb də çalışacaq ki, öz maraqlarına uyğun nəticələrə nail ola bilsin”.

Leyla Turan
Demokrat.az
Seçilən
78
29
demokrat.az

10Mənbələr