Binəqədi qəsəbəsində avtobus dayanacağı zibilliyə çevrilib.
Medicina.az xəbər verir ki, söhbət qəsəbənin kənd dayanacağı dediyi, 133 nömrəli avtobusun son dayanacağından gedir.
Belə ki, 1 həftədir dayanacaq zibilxanaya, it-pişik yerinə çevrilib.
Üfunət iyindən isə yaxın durmaq olmur.
Qəsəbə sakinləri bildirirlər ki, zibilləri yığışdıran yoxdur:
"Sidik iyindən dayanacağa yaxın durmaq olmur. Nə zaman baxsaq, bu vəziyyətdədir. Yağışlı günlərdə dayanacağa sığınmaq istəsək, iyidən dura bilmirik. Bilmirik nə edək".

Aygün
Medicina.az