AZ

Avtobus dayanacağı, yoxsa zibillik? - FOTO

Binəqədi qəsəbəsində avtobus dayanacağı zibilliyə çevrilib.

Avtosfer.az "Medicina.az"a istinadən xəbər verir ki, söhbət qəsəbənin kənd dayanacağı dediyi, 133 nömrəli avtobusun son dayanacağından gedir.
Belə ki, 1 həftədir dayanacaq zibilxanaya, it-pişik yerinə çevrilib.

Üfunət iyindən isə yaxın durmaq olmur.

Qəsəbə sakinləri bildirirlər ki, zibilləri yığışdıran yoxdur:

"Sidik iyindən dayanacağa yaxın durmaq olmur. Nə zaman baxsaq, bu vəziyyətdədir. Yağışlı günlərdə dayanacağa sığınmaq istəsək, iyidən dura bilmirik. Bilmirik nə edək".

Seçilən
17
2
avtosfer.az

3Mənbələr