AZ

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti avtomobil ala bilmir

“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin pikap (ikiqat kabin) tipli nəqliyyat vasitəsinin alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Tenderin ümumi dəyəri 46 271 AZN olub.

 

Cabir Həsənov

 

Tarix: 17 Fevral 2025, 16:01   
Seçilən
69
3
pravda.az

9Mənbələr