AZ

Publik hüquqi şəxsin xidməti maşın almaq planı baş tutmayıb

Publik

“Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin avtomobil nəqliyyat vasitələrinin alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

Məlumata görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin ümumi dəyəri 196 000 AZN olub(Pravda.az).
Seçilən
47
2
reyting.az

9Mənbələr