“Qarabağ”da növbəti ayrılıq baş verməyə yaxındır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Elvin Cəfərquliyev komandanı tərk etmək üzrədir.
Müdafiəçi ilə Avropa klubları yaxından maraqlanırlar.
Daha öncə xəbər verdiyimiz kimi, bunların arasında İtaliya klubları da var (bax). “Latsio” bu transferdən müəyyən qədər uzaqlaşsa da, “Torino” və “Komo” hələ də Cəfərquliyevin çıxışlarını izləyirlər.
Həmçinin Polşanın “Lex” klubu da Elvini heyətinə qatmaq niyyətindədir. İtaliya təmsilçilərindən fərqli olaraq, poznanlılar cinah müdafiəçisinin transferində israrlıdırlar.
Hələ ki, “Lex” “Qarabağ”a rəsmi təklif göndərməyib və klublar arasında danışıqlar prosesi başlamayıb.
Polşa klubunun yaya qədər gözləyəcəyi və Elvin üçün hərəkətə keçəcəyi gözlənilir. Cəfərquliyevin özü də karyerasını Avropada davam etdirməyə isti yanaşır.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü 2019-cu ildən “Qarabağ”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Danışılmış oyunlarla bağlı seminar keçirilib
Yığma komandamız İranla qarşılaşacaq
Volkov üçün əlamətdar görüş
"Zirə" 50-ci səfər qələbəsini qazanıb
"Qalatasaray" matçı bu kanalda