İtaliya A Seriya klublarından "Parma"nın yeni baş məşqçisinin adı müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu posta Kristian Kivu dəvət olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rumıniyalının müqavilə şərtləri açıqlanmayıb.
Kivu bu mövsümün sonuna qədər müqavilə imzalayacaq. O, "Parma"nın sükanı arxasında əvvəllər istefaya göndərilən Fabio Pekyunu əvəzləyəcək.
"Parma" İtaliya A seriyasında 20 komanda arasında 18-ci pillədədir.
Qeyd edək ki, 44 yaşlı mütəxəssis bundan əvvəl "İnter"in əvəzedici heyətində çalışmışdı.
"Qalatasaray" 24 oyundur məğlub olmur
İsmail Kartalın komandası "Əl-Nəsr"lə heç-heçə etdi
Vinisius klub səhmdarı olub
"Beşiktaş" kapitanı ilə müqavilə yeniləyib
"Bavariya" "Bayer"in futbolçusu üçün 140 milyon ödəməyə hazırdır