
Türkiyənin superliqa nəhəngi “Fənərbağça” klubunun təcrübəli futbolçusu Mert Hakan Yandaşın “Qalatasaray” derbisi ərəfəsində sosial media hesabındakı paylaşımı müzakitələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, təcrübəli oyunçunun paylaşdığı fotonu anası “qırmızı ürəklə” bəyənib.
Mert Hakan Yandaş isə anasının bu cavabına “Ana, qırmızı ürəkdən istifadə etmirik” sözləri ilə cavab verib.
Onun bu cavabı “Fənərbağça” azarkeşlərinin marağına səbəb olub.
Qeyd edək ki, Super Liqanın 25-ci həftəsində (24 Fevral Bazar ertəsi) zirvə yarışının mühüm matçında “Fənərbağça” əzəli rəqibi “Qalatasaray”ın qonağı olacaq.

