AZ

Mert Hakandan anasının şərhinə reaksiya: “Qırmızı ürəkdən istifadə etmə”


Türkiyənin superliqa nəhəngi “Fənərbağça” klubunun təcrübəli futbolçusu Mert Hakan Yandaşın “Qalatasaray” derbisi ərəfəsində sosial media hesabındakı paylaşımı müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, təcrübəli oyunçunun paylaşdığı fotoya anası “qırmızı ürəkli” şərh yazıb.
Mert Hakan Yandaş isə anasının bu şərhinə “Ana, qırmızı ürəkdən istifadə etmirik” sözləri ilə cavab verib.
Onun bu cavabı “Fənərbağça” azarkeşlərinin marağına səbəb olub.
Qeyd edək ki, Super Liqanın 25-ci həftəsində (24 Fevral Bazar ertəsi) zirvə yarışının mühüm matçında “Fənərbağça” əzəli rəqibi “Qalatasaray”ın qonağı olacaq.

Seçilən
18
1
yeniavaz.com

2Mənbələr