AZ

Azərbaycanda vergi orqanlarına müraciətlərin sayı 28 %-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanda vergi orqanlarına 50 831 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,8 % çoxdur.

Bu barədə "İki sahil"ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, daxil olmuş müraciətlərin 96 %-i ərizə, 3,9 %-i şikayət, 0,1 %-i təklif olub. Müraciətlərdən 60,5 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 39,5 %-i isə hazırda icradadır.

Baxılması başa çatdırılmış müraciətlərin 54,6 %-i həll olunub, 44,4 %-i barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həll olunmuş 163 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlaması, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri, riskli vergi ödəyicisi hesab edilməməsi, ƏDV, maliyyə sanksiyalarının silinməsi və digər məsələlərlə bağlı olub.

Ötən ay Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 69, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 4 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb.

Seçilən
84
5
ikisahil.az

10Mənbələr