Bakı. Trend:
Bu ilin yanvar ayı ərzində ümumilikdə vergi orqanlarına 50.831müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü iləmüqayisədə 27,8 faiz çoxdur.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinə istinadən xəbər verir.
Məlumata görə, daxil olmuş müraciətlərin 96 faizi ərizə, 3,9faizi şikayət, 0,1 faizi təklif olub. Müraciətlərdən 60,5 faizininbaxılması hesabat dövründə başa çatdırılıb, 39,5 faizi isə hazırdaicradadır.
Bildirilib ki, baxılması başa çatdırılmış müraciətlərin 54,6faizi həll olunub, 44,4 faizi barədə müvafiq izahat verilib,qalanları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həll olunmuş 163 sayda faktiki şikayət, əsasən, kameral vergiyoxlaması, vergi ödəyicisinin qeydiyyatı, sosial sığortaödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri, riskli vergiödəyicisi hesab edilməməsi, ƏDV, maliyyə sanksiyalarının silinməsivə digər məsələlərlə bağlı olub.
Qeyd olunub ki, 2025-ci ilin yanvar ayında Dövlət VergiXidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindənümumilikdə 69, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan4 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşınmüraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərininmüsbət həlli üçün lazımi tədbirlər görülüb.