AZ

Ayxan Abbasov: "Kobud səhvdən qol buraxdıq"

"Stressli oyun idi. "Kəpəz" də, biz də məğlub olmaq istəmirdik".

İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Kəpəz"lə matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 23-cü turunda səfərdə qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edib: "Hər iki komandanın xala ehtiyacı var idi. Oyunun gərginliyi futbolçularda da hiss olunurdu. Hər iki hissədə qol fürsətlərindən yararlana bilmədik. Kobud səhvdən qol buraxdıq. İstənilən halda xalımızın üstünə xal gəldi. Yolumuza davam edirik. Futbolçularımı təbrik edirəm. Oyunun axarı gərgin keçirdi. Deməzdim ki, rəqibə yüz faizli epizod verdik. Üstünlük bizdə idi. Amma oyunun ssenarisinə görə iki komanda da 1 xala layiq idi".

Ayxan Abbasov heyətdəki zədəlilərin vəziyyətinə aydınlıq gətirib: "Bu gün 3 itkimiz var idi. Bakiç də isinmə hərəkətləri zamanı zədələndi. Mikels və Pusi önəmli oyunçularımızdır. Amma mən elə yanaşmıram. Hamıya güvənirəm. Gənc futbolçular özlərini meydanda rahat hiss edir. Bu, məni sevindirir".

İdman.biz

Seçilən
9
1
idman.biz

8Mənbələr