"Nə "Kəpəz", nə də biz məğlub olmaq istəyirdik. Çünki hər iki komandanın xala ehtiyacı var idi".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının XXIII turunda "Kəpəz"lə (1:1) görüşdən sonra deyib.
A.Abbasov matçın nəticəsini ədalətli hesab edib: "Hər iki hissədə qol fürsətlərindən yararlana bilmədik. Oyunun axarı gərgin keçirdi. Deməzdim ki, rəqibə yüz faizli epizod verdik. Üstünlük bizdə idi. Kobud səhvdən qol buraxdıq. Amma oyunun ssenarisinə görə, iki komanda da 1 xala layiq idi.İstənilən halda, xalımızın üstünə xal gəldi".