"Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin cəzaçəkmə müəssisəsində intihara cəhd etdiyi söylənir.
"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial media istifadəçiləri tərəfindən məlumat paylaşılıb.
Məlumata görə, o, hazırda həbsdə olduğu cəzaçəkmə müəssisəsində bilək nahiyəsindəki damarını kəsərək intihara cəhd edib.
Sözügedən məsələ ilə bağlı Ədliyyə Nazirliyindən bildirilib ki, qeyd olunan iddia həqiqəti əks etdirmir.