AZ

Afət Telmanqızının mənzilindən oğurluq edənlərin həbsi barədə müraciətinə REAKSİYA

Mənzilindən oğurluq edilən Əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızının daxil işlər naziri  Vilayət Eyvazova açıq məktubuna operativ reaksiya verilib.

Heftelik.az-ın məlumatına görə, Afət Telmanqı bu barədə paylaşımında bildirib:

“Bir neçə saat əvvəl Daxili işlər naziri Vilayət Eyvazov cənablarına müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verilməklə, məni narahat edən halların aradan qaldırılması polis əməkdaşları tərəfindən təmin olundu. İnsanı məmnun edən dəyərlərdir, qayğıdır. Bu gün bu dəyərin, qayğının göstərilən münasibətin bir daha şahidi oldum. Müraciətimə diqqətli yanaşıldığına görə təşəkkür edirəm!”.

Qeyd edək ki, fət Telmanqızının jurnalistlər üçün inşa edilmiş birinci binadakı mənzilindən oğurluq edilib. Afət Telmanqızı bu gün daxili işlər naziri Vilayət Eyvazova açıq məktubunda bildirmişdi ki, Şəmkir rayon sakini 1980-ci il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşamış Cavadova Aygün Hümbət qızı şəhid qızı adı altında Bakıda dələduzluq, oğurluq, saxta sənədlər düzəltməklə, insanlara zərər vurmaqda davam edir: “Bu qadın yaxşı şəraiti olan mənzilləri tapır, kirayə qalmaq adı ilə mənzilə yerləşir və heç bir kirayə haqqı ödəmədən 10-15 gün mənzildə yaşayır, “kirayə haqqını ödəyəcəm” deməklə yalan vədlər verərək, vaxt uzadır, ən sonunda kirayə qaldığı evləri qarət edib qaçır. Bu işi də tək görmür. Oğlu və bir tanışı ilə birgə silsilə oğurluqlar edir. Təəssüf ki, onun növbəti qurbanlarından biri də mənəm. Mən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinatımdan və ailəliklə Xankəndi şəhərinə köçəndən sonra mənzilimin kirayə elanını vermişəm. Özü zəng edib bizi tapıb, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilimdə bu ilin yanvar ayının 15-i kirayənişin kimi yerləşib. Hər dəfə zəng edib, pulu verəcəyini deyib. Nəhayət, pul ödəmədən, evi qarət edərək, yanvar ayının 30-u saat 17 radələrində evi tərk edib. Əlimizdə video görüntülər var. Evdən nə qədər əşya çıxardığının görüntüləri də polisə təqdim olunub. (Komüter, planşet, telefon və sair) Soyğunçuluq edərkən istifadə etdiyi maska papaq və digər sübutlar da mənzilimdən tapılaraq, polisə təqdim olunub. Digər 2 evdən etdiyi oğurluqların da sübutunu əks etdirən səs yazıları, faktlar var. Narkotestin cavabı da ortadadır. 4 sutkalıq həbslə canını qurtarıb, hazırda azadlıqdadır. Hazırda səs yazısı göndərib mənə hədə-qorxu gəlir. Yalandan özünü şəhid qızı kimi təqdim edir. Gələcəkdə digər qurbanların olmaması üçün, bu qadın təcili həbs edilməlidir! Cənab nazir! Xahiş edirəm ki, işi ciddi nəzarətə götürəsiniz”.

Seçilən
36
7
heftelik.az

10Mənbələr