AZ

Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur

Fevralın 17-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində "IDEX-2025" Beynəlxalq Müdafiə Sərgisi işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Day.Az xəbər verir ki, sərgidə Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə Azərbaycanın istehsal etdiyi atıcı silahlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, optik nişangah və cihazlar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 100-ə yaxın müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

Səfər çərçivəsində nazir V.Mustafayev bir neçə ölkənin dövlət rəsmiləri və iri şirkətlərin rəhbərləri ilə görüşlər keçirəcək. Eyni zamanda, MSN-in tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC ilə xarici şirkətlər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üzrə sənədlərin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, "IDEX-2025" Beynəlxalq Müdafiə Sərgisində 132 000-dən çox ziyarətçinin iştirakı gözlənilir. Tədbir fevralın 21-dək davam edəcək.

Seçilən
18
17
day.az

10Mənbələr