AZ

Arda Güler üçün transfer təklifi hazırlanır

"Real Madrid"in türk ulduzu Arda Güler komandadan ayrıla bilər. 

Bakıvaxtı.az xəbər verir ki, gənc istedad PSJ-nin diqqət mərkəzinə düşüb. Bu barədə İspaniya mediasından "Don Balon" məlumat yayıb.

19 yaşlı futbolçunun ona meydanda az şans verilməsindən narazı olduğu qeyd olunur. Bu səbəbdən onun növbəti mövsüm baş məşqçi Karlo Ançelottinin "Real"dan ayrılmayacağı halda təklifi dəyərləndirəcəyi bildirilib.

Arda 2023/24 mövsümündə Madrid klubunun forması ilə 27 oyuna çıxıb və cəmi 967 dəqiqə meydanda olub. O, bu müddət ərzində 3 qola, 5 məhsuldar ötürməyə imza atıb. (Offsideplus.az)

Seçilən
7
27
bakivaxti.az

10Mənbələr