Kanada “Volqa-Dnepr” şirkətinə məxsus iki strukturu Rusiya əleyhinə sanksiyalar siyahısına əlavə edib.
Bu barədə Kanada hökumətinin saytında Rusiyaya qarşı sanksiyalar bölməsində məlumat verilib.
Sənəddə qeyd olunub ki, müvafiq siyahıya “Volga-Dnepr Airlines (Ireland) Limited” və “Volga-Dnepr Logistics V” daxil edilib. “Volqa-Dnepr” aviaşirkətinin özü də Kanada sanksiyaları altındadır.
Rusiya KİV-in məlumatına görə, 2022-ci ildən Ottava bu yükdaşıyıcısının təyyarəsini saxlayır. Kanada hökuməti tərəfindən icarəyə götürülmüş, Çindən COVID testləri yüklənmiş “Volqa-Dnepr” şirkətinin An-124 nəqliyyat təyyarəsi 2022-ci il fevralın 27-də Torontoya gəlmişdi.
"Cebheinfo.az"