AZ

Kanadadan Rusiya şirkətinə sanksiya

Kanada “Volqa-Dnepr” şirkətinə məxsus iki strukturu Rusiya əleyhinə sanksiyalar siyahısına əlavə edib.

Publika.az xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında Rusiyaya qarşı sanksiyalar bölməsində yerləşdirilən sənəddə qeyd olunub.

Müvafiq siyahıya “Volga-Dnepr Airlines (Ireland) Limited” və “Volga-Dnepr Logistics V” daxil edilib.

Qeyd edək ki, “Volqa-Dnepr” aviaşirkətinin özü də Kanada sanksiyaları altındadır.

Seçilən
6
5
publika.az

8Mənbələr