1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Çində dövlət qulluqçusu Lyu Handun barəsində ölüm hökmü çıxarılıb.
Oxu.Az Çinin dövlət televiziyasına istinadla xəbər verir ki, o, 34 milyon dollar mənimsəməkdə təqsirkar bilinib.
L.Handun 1999-2023-cü illər ərzində fiziki və hüquqi şəxsləri vergidən azad edərək onlara torpaq sahələri almağa, habelə bizneslə məşğul olmağa köməklik edib.
Cinayət əməllərinin üstü açılan məmur məhkəmədə peşman olduğunu söyləyib və günahını etiraf edib. Lakin bu, L.Handunu ölüm cəzasından xilas etməyib. Bundan başqa, onun mənimsədiyi pullar və mülklər geri alınıb.