AZ

Qərbi Azərbaycan Xronikası: Qorbaçova arxalanan ermənilər azərbaycanlıları sıxışdırıblar

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə olub.

O, ötən əsrdə Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı bir neçə dəfə soyqırımı və deportasiya törədildiyini diqqətə çatdırıb. Bildirib ki, Qərbi Azərbaycanın bütün ərazilərini əhatə edən kütləvi qırğınlar zamanı ermənilər hətta uşaqlara, hamilə qadınlara da aman verməyib, onları qəddarlıqla qətlə yetiriblər.

Millət vəkili vurğulayıb ki, bütün bu dövrlərdə soydaşlarımızın üz tutduğu, pənah gətirdiyi regionlardan biri də Naxçıvan olub.

Onun sözlərinə görə, sovet hakimiyyətinin son illərində Qorbaçov hakimiyyətinə arxalanan ermənilər sadəcə Qərbi Azərbaycanda deyil, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları sıxışdırıblar. Bu çərçivədə Qərbi Azərbaycandakı soydaşlarımız daha böyük ədalətsizliklərlə üz-üzə qalıblar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Seçilən
76
45
far.az

10Mənbələr